Vinisius Ançelotti haqqında: “O, mənim karyeramı dəyişdi”

16.11.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Real Madrid”in və Braziliya millisinin hücumçusu Vinisius Junior milli komandanın baş məşqçisi Karlo Ançelottinin karyerasında oynadığı mühüm roldan danışıb.

İdman.Biz xəbər verir ki, braziliyalı futbolçu “Globo”ya açıqlamasında italiyalı mütəxəssisin həm Madrid klubunda, həm də milli komandada ona böyük dəstək verdiyini bildirib:

“Mən ona həmişə böyük rəğbət bəsləmişəm. O, həm “Real Madrid”də, həm də ümumilikdə futbolda mənim karyeramı dəyişdi. Həmişə məni müdafiə edib və ən dəyərli məsləhətləri verib. Onun Braziliya millisini çalışdıra biləcəyini eşidəndə çox sevindim. Çünki bilirdim ki, statistik göstəricilərim yaxşılaşacaq. Onun rəhbərliyi altında artıq 10 qol vurmuşam, halbuki əvvəllər hesabımda cəmi altı qol var idi”.

Vinisius Ançelottinin Braziliya millisini uğura aparacağına inandığını da vurğulayıb:

“Daha az səhvə yol verməli və qısa müddətdə maksimum effektiv oynamalıyıq. Əminəm ki, o, bizim üçün ən optimal heyəti və ideal taktiki sxemi müəyyənləşdirəcək. Beləliklə, braziliyalıların oynamalı olduğu futbolu nümayiş etdirəcəyik”.

Qeyd edək ki, Vinisius Junior “Real Madrid”də də Karlo Ançelottinin rəhbərliyi altında çıxış edib.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью