Vinisius artıq “Real”a lazım deyil? | Icma.az
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Vinisius Junior “Real”ı tərk edə bilər.
Rəhbərlik ulduz futbolçu ilə yeni müqavilə üzrə aparılan danışıqları dayandırıb."Football-plus.az" xəbər verir ki, bu barədə İspaniyanın “El Chiringuito” nəşri məlumat yayıb.
Yeni müqavilənin şərtləri bir neçə ay əvvəl hazırlanıb və plan üzrə sənəd yeni mövsüm başlamazdan əvvəl imzalanmalı idi.
Lakin “Real” rəhbərliyi braziliyalı vingerlə bu məsələ ilə bağlı əlaqə saxlamayıb və danışıqları davam etdirməyə tələsmir.
Məhz bu qeyri-müəyyənlik fonunda Səudiyyə Ərəbistanı klubları Vinisiusa maraq göstərməkdə davam edirlər.
Futbolçuya 5 illik müqavilə təklif edilib və razılıq verəcəyi halda, o, bu müqavilədən 830 milyon funt sterlinq qazana bilər.
Qeyd edək ki, 23 yaşlı hücumçu ötən mövsüm “Real”ın heyətində 42 oyuna 24 qol vurub.Bu arada “Real” heyətinə yeni futbolçu qatmağa hazırlaşır.
İnsayder Fabritsio Romanonun məlumatına görə, “Benfika”nın oyunçusu Alvaro Fernandes Karreras karyerasını Madrid klubunda davam etdirəcək.
Tam oxu
Xəbəri oxu