Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
Vinisius baş məşqçidən narazı qaldı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Braziliya millisinin Sinqapura qalib gəldiyi yoldaşlıq görüşündə (7:0) het-trik edən Vinisius Juniorun əvəzlənməsi narazılığa səbəb olub.
QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, 60-cı dəqiqədə oyundan çıxarılan hücumçu baş məşqçi Karlo Ançelottinin qərarından razı qalmayıb:
“Razılaşmışdıq ki, daha 15-20 dəqiqə oynayacağam. Həmişə meydanda daha çox qalmaq və qol vurmaq istəyirəm. Amma digər futbolçuların da oynamaq şansı əldə etməli olduğunu başa düşürəm”.
Qeyd edək ki, braziliyalı futbolçu hazırda “Real”ın düşərgəsinə qayıdacaq.