Idman.biz saytına istinadən Icma.az xəbər verir. “Real Madrid”də Vinisius Junior ətrafında yaranmış vəziyyət getdikcə gərginləşir.
Braziliyalı futbolçunun klubla münasibətlərinin hazırda pik nöqtəyə çatdığı bildirilir.
İdman.Biz xəbər verir ki, tanınmış insayder Ekrem Konurun məlumatına görə, “Real Madrid” rəhbərliyi Vinisiusun maaşının Kriştianu Ronaldu səviyyəsinə qaldırılması ilə bağlı tələbini rədd edib.
Bu qərardan sonra klub daxilində braziliyalı futbolçuya münasibətin soyuduğu qeyd olunur.
Məlumata əsasən, “kral klubu”nun rəhbərliyi Vinisiusun son davranışlarından narazıdır.
Azarkeşlər isə hücumçunu baş məşqçi Alvaro Alonsonun komandadan ayrılmasında dolayı məsul şəxs kimi görür və demək olar ki, hər oyunda onu fitə basırlar.
Yaranmış vəziyyət Vinisiusun müqavilə uzadılmasından daha çox klubdan ayrılmasına yaxın olduğunu göstərir.
Bu mənzərə isə Avropanın aparıcı klublarının diqqətini çəkib.