Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
"Real Madrid"in ulduz oyunçusu Vinisius Junior karyerasını Çempionlar Liqasının son qalibi olan Fransanın PSJ klubunda davam etməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "El Nacional" qəzeti yayıb.
Mənbənin məlumatına görə, Paris nəhəngi braziliyalını transfer etməyi ciddi şəkildə nəzərdən keçirir. Fransa klubunun prezidenti Nasser Əl-Xelaifi idman direktoru Luis Kamposa Vinisiusun mümkün transferi ilə bağlı Madridə getməsi üçün göstəriş verib. Vingerə ildə təxminən 40 milyon avro dəyərində müqavilə və birdəfəlik 50 milyon avro bonus təklif olunur. Razılaşsa, bu paket Vinisiusu Avropanın ən yüksək maaş alan oyunçularından birinə çevirəcək.
Futbolçunun "Real Madrid"lə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir, lakin müqavilənin uzadılması ilə bağlı danışıqlar hazırda dayandırılıb.
Vinisius 2018-ci ildə "Flamenqo"dan 45 milyon avroya "Real Madrid"ə keçib. O, bu mövsüm "kral klubu"nda 30 oyunda meydana çıxıb, 7 qol vurub və 11 məhsuldar ötürmə edib.
O, paytaxt klubunda oynadığı müddətdə kubok kolleksiyası toplayıb: üç dəfə İspaniya çempionu olub, iki dəfə İspaniya Kubokunu, üç dəfə İspaniya Super Kubokunu qazanıb, beynəlxalq arenada o, iki UEFA Çempionlar Liqası kuboku, iki UEFA Super Kuboku və iki FİFA Klublararası Dünya Kuboku tituluna sahib çıxıb.