Icma.az, Publika.az portalına istinadən məlumat yayır.
“Real”ın hücumçusu Vinisius Junior noyabrda La Liqanın ən yaxşı oyunçusu seçilib.
Publika.az xəbər verir ki, bu barədə liqanın saytı məlumat yayıb.
Noyabrda braziliyalı hücumçu İspaniya çempionatının 2 oyununda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Ümumilikdə Vinisius Junior bu mövsüm 18 oyunda meydana çıxıb, 12 qol vurub və 8 məhsuldar ötürmə edib.