Icma.az, Footbal-plus saytına istinadən bildirir. “Real”ın braziliyalı hücumçusu Vinisius Juniorun başından heç vaxt qalmaqal əskik olmur.
Əslində onu Mahir Emrelinin braziliyalı variantı saymaq mümkündü. “Futbol+” səhifələrində dəfələrlə Vininin hoqqalarından bəhs etmişik.
Bu dəfə isə adı çəkilən futbolçu yayda baş verən qalmaqalın mərkəzindədi.
İctimai qaydaları pozduğuna görə onu həbs cəzası və ya cərimə gözləyir.
İş ondadı ki, braziliyalı ulduz doğum gününü hədsiz səs-küylü məclis keçirməklə qeyd edib.“Marca” hüquq-mühafizə orqanlarındakı qaynaqlara istinadla xəbər verir ki, futbolçunun adı vətənindəki məhkəmə işində keçir.
O, doğum gününü qeyd etmək üçün Rio-de-Janeyroda məclis qurub və bu zaman adamların rahatlığını pozan hərəkət və davranışlar olub.
İşə xüsusi cinayət məhkəməsində baxılır. Həmin məhkəmə ağırlıq dərəcəsi böyük olmayan qanun pozuntularının araşdırılmasıyla məşğuldu.
Məhkəməyə futbolçunun qonşuluğunda yaşayan şəxslərdən biri şikayət edib.