Vinisius Junior 3 həftəlik zədələndi

25.11.2024

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniya La Liqasının XIV turunda “Leqanes”lə səfər oyununda (3:0) zədələnən “Real Madrid”in futbolçusu Vinisius Juniorun durumuna aydınlıq gəlib.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, bud nahiyəsindən xəsarət alan braziliyalı hücumçu təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Vinisius Junior bu mövsüm “kral klubu”nun heyətində 18 rəsmi matçda 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью