Vinisius Junior 3 həftəlik zədələndi

25.11.2024

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İspaniya La Liqasının XIV turunda “Leqanes”lə səfər oyununda (3:0) zədələnən “Real Madrid”in futbolçusu Vinisius Juniorun durumuna aydınlıq gəlib.

Bakıvaxtı.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bud nahiyəsindən xəsarət alan braziliyalı hücumçu təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Vinisius Junior bu mövsüm “kral klubu”nun heyətində 18 rəsmi matçda 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью