Vinisius Junior 30 milyon avro ucuzlaşdı, Mbappe isə...

09.06.2025

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Transfermarkt" portalı İspaniya La Liqasında çıxış edən futbolçuların transfer qiymətlərini yeniləyib.

Fanat.Az xəbər verir ki, "Real Madrid"in braziliyalı vingeri Vinisius Junior 30 milyon avro ucuzlaşıb.

Bu dəyişiklikdən sonra cənubi amerikalı cinah hücumçusunun bazar dəyəri 170 milyon avro olub. Onun komanda yoldaşı Kilian Mbappe  isə 10 milyon avro bahalaşıb. Mbappenin transfer qiyməti 180 milyon avrodur.

Qeyd edək ki, hazırda planetin ən bahalı futbolçusu "Barselona"nın 17 yaşlı vingeri Lamin Yamaldır - 200 milyon milyon avro.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью