Vinisius Junior Real Madrid rəhbərliyi ilə mübahisə edib

29.07.2025

Icma.az bildirir, Mia.az portalına istinadən.

"Real Madrid"in gənc ulduzu Vinisius Junior yeni müqavilə üçün danışıqlar zamanı rəhbərliklə mübahisə edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, illik 15 milyon avro qazanan Vinisius rəhbərliyə Mbappe ilə eyni maaşı almaq istədiyini bildirib.

1 milyard avro sərbəst buraxılması şərti olan sol cinah oyunçusunun satışının yetərli təklif alınacağı təqdirdə təsdiqlənəcəyi bildirilib.

Ötən mövsüm "Real Madrid"in heyətində bütün turnirlərdə 58 matça çıxan 25 yaşlı Vinisius 22 qol vurub və 19 məhsuldar ötürmə verib.

Fərid

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью