Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Real”ın hücumçusu Vinisius Junior komandada 105 qol vuraraq “kral klubu”nun tarixində ən çox qol vuran braziliyalı olub.
İdmanxeber.az-ın məlumatına görə, ulduz oyunçu bu göstərici ilə həmyerlisi Ronaldonu geridə qoyub. Nazarionun aktivində 104 qol var idi.
24 yaşlı cinah yarımmüdafiəçisi Çempionlar Liqasının 1/4 final mərhələsinin “Arsenal”la cavab oyununda (1:2) komandasının yeganə qolunu vurub. Madrid təmsilçisi isə ÇL-dəki çıxışını dayandırıb.