Vinisius Junior Ronaldu və Messinin nəticəsini təkrarladı

29.06.2026

Fanat saytına istinadən Icma.az xəbər verir.

Braziliya millisinin cinah hücumçusu Vinisius Junior hazırda davam edən futbol üzrə dünya çempionatında iki superulduzun - portuqaliyalı Kriştianu Ronaldunun və argentinalı Lionel Messinin uğurunu təkrarlayıb.

Fanat.Az ispaniyalı jurnalist Aleksis Martin-Tamayoya məxsus "MisterChip" akkauntuna istinadən xəbər verir ki, "Real Madrid"in vingeri buna DÇ-2026-nın qrup mərhələsində keçirdikləri hər 3 matçın ən yaxşı futbolçusu seçilməklə nail olub.

Messi DÇ-2014-də, Ronaldu isə DÇ-2010-da eyni nəticəyə imza atıb.

Vinisius DÇ-2026-da 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliya millisi turnirin 1/16 final mərhələsində bu gün Yaponiya seçməsi ilə üz-üzə gələcək. 

Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə ABŞ, Kanada və Meksikada keçirilən DÇ-2026 iyunun 11-də başlayıb. Mundial həyəcanı 19 iyul tarixinə qədər davam edəcək. Son dünya çempionu Argentina millisidir.

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью