Vinisius Junior üçün fantastik təklif

28.01.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Səudiyyə Ərəbistanının adı açıqlanmayan bir klubu "Real"ın futbolçusu Vinisius Juniora böyük müqavilə təklif edib.

QOL.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Sözügedən klubun adı açıqlanmayıb. Lakin xəbərdə qeyd olunub ki, Vinisius Juniora 1 milyard avro maaşla (müqavilənin bütün müddəti ərzində) 5 illik sözləşmə təklif edilib.

Üstəlik, Səudiyyə Ərəbistanı təmsilçisi transferə görə "Real"a 300 milyon avro ödəmək niyyətindədir.

"Real" isə futbolçunu 1 milyard avrodan aşağı qiymətə satmaq istəmir. Amma ehtimal olunur ki, Vinisius özü bu transferə razılaşacaq.

Qeyd edək ki, cari mövsüm Vinisius bütün yarışlarda 26 matça çıxıb, 16 qol vurub, 10 məhsuldar ötürmə verib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью