Vinisius Junior üzr istədi

04.01.2025

Icma.az bildirir, Fanat portalına istinadən.

Real Madrid"in vingeri Vinisius Junior ötən gün La Liqanın XVII turundan təxirə salınan matçda - "Valensiya" ilə oyunda birbaşa qırmızı vərəqə aldığı üçün üzr istəyib.

Fanat.Az xəbər verir ki, 79-cu dəqiqədə "yarasalar"ın qapıçısı Stole Dimitrievskini itələyərək yıxdığına görə qovulan braziliyalı sosial şəbəkə hesabında belə yazıb:

"Bağışlayın və təşəkkürlər komanda".

Xatırladaq ki, görüş "Real"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Real" forması ilə La Liqada ilk dəfə "qırmızı" alan 24 yaşlı Vinisiusun cəzası yaxın günlərdə açıqlanacaq. "Sambaçı" 4-12 oyunluq diskvalifikasiya edilə bilər. 

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью