Vinisius Junior yayda Real ı tərk edə bilər

11.02.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Braziliyalı futbolçu Vinisius Junior bu mövsümün sonunda İspaniyanın “Real Madrid” komandasını tərk edə bilər.

"Unikal" xəbər verir ki, bu barədə ispaniyalı məşhur insayder Edu Aqirre məlumat yayıb.

O, hücumameyilli yarımmüdafiəçinin Səudiyyə Ərəbistanına gedə biləcəyini və bunun futbolçu üçün yeganə seçim olduğunu qeyd edib: "Vinisius “Real Madrid”dən yalnız Səudiyyə Ərəbistanına gedəcək. Bu yay xaos olacaq".

Daha əvvəl 25 yaşlı oyunçunun “kral klubu” ilə müqaviləsini uzatmaqdan imtina etdiyi bildirilmişdi.

Qeyd edək ki, Vinisius Juniorun Madrid təmsilçisi ilə sözləşməsi 2027-ci ilin yayına kimidir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью