Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...

29.09.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...

Sosial şəbəkələrdə “Real”ın hücumçusu Vinisius Juniorun oğurlandığı və onun yerinə oxşarının keçirildiyi barədə iddialar yayılıb.

QOL.az “Marca”ya istinadən xəbər verir ki, bu nəzəriyyəni yayanlar Braziliya millisinin Avstraliya ilə oyunu öncəsi düşərgədə görüntülənən futbolçunun əsl Vinisius olmadığını iddia edirlər.

İddiaya əsasən, Vinisius 2026-cı il dünya çempionatından sonra müəmmalı şəkildə yoxa çıxıb və onun reklam müqavilələrini yerinə yetirmək üçün yerinə oxşarı gətirilib.

Sosial şəbəkə istifadəçiləri futbolçunun görünüşündəki dəyişikliklərə də diqqət çəkiblər. Xüsusilə “Real”da çıxış edən Vinisiusun bud nahiyəsindəki tatuajların Braziliya millisinin düşərgəsində çəkilmiş görüntülərdə görünmədiyini iddia edirlər.

Lakin bu iddianı təsdiqləyən hər hansı etibarlı sübut yoxdur. Əksinə, “Real”ın rəsmi saytının məlumatına görə, Vinisius sentyabrın 25-də Avstraliya ilə yoldaşlıq görüşündə Braziliya millisinin start heyətində meydana çıxıb.

Sosial şəbəkələrdə yayılan nəzəriyyənin futbolçunun 2026-cı ilin yayında üz görünüşündəki dəyişiklikdən sonra daha geniş yayıldığı bildirilir.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью