Icma.az, Qol.az saytına istinadən bildirir.
Vinisius, Mbappe, Kenan...
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Braziliya millisinin vingeri Vinisius və Fransa yığmasının hücumçusu Kilian Mbappe DÇ-2026-nın qrup mərhələsində diqqətçəkən göstəriciyə imza atıblar.
QOL.az xəbər verir ki, "Squawka"nın məlumatına görə, hər iki futbolçu ilk üç turda rəqib cərimə meydançasında 27 dəfə topa toxunaraq bu göstəricidə turnirin lideri olub.
Vinisius qrup mərhələsində 4 qol və 1 məhsuldar ötürmə, Mbappe isə 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Fransalı hücumçu məhsuldarlıq göstəricisinə görə Lionel Messi ilə birlikdə ilk pilləni bölüşür.
Rəqib cərimə meydançasında ən çox topa toxunan digər futbolçuların siyahısı isə aşağıdakı kimidir:
Kenan Yıldız (Türkiyə) və Conatan Devid (Kanada) - hərəyə 26 toxunuş Mikel Oyarzabal (İspaniya) - 25 toxunuş Bril Embolo (İsveçrə) - 23 toxunuş Camal Musiala (Almaniya) - 21 toxunuş Cud Bellinqem (İngiltərə), Kay Haverts (Almaniya) və Yan Diomande (Kot-d'İvuar) - hərəyə 20 toxunuş.