sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Real"ın və Braziliya millisinin ulduz hücumçusu Vinisius Junior gələcəyi ilə bağlı yayılan transfer iddialarına nöqtə qoyub. Sport24.az xəbər verir ki, 24 yaşlı vinger "Kral klubu" ilə yeni müqavilə imzalamaq məsələsində tələsmədiyini açıqlayıb.
Braziliyalı ulduz rəhbərliklə aralarında heç bir problemin olmadığını vurğulayıb:
"2027-ci ilə qədər müqaviləm var. Ona görə də yeni sözləşmə ilə bağlı tələsmirəm. Həm "Real"ın, həm də bizim müzakirə edəcəyimiz çox məsələ var. Klub sakitdir, mən də sakitəm. Prezident mənə güvənir, mən də ona güvənirəm".
Vinisius "Real"da kapitanlıq sarğısını daşımağın onun üçün böyük şərəf olduğunu gizlətməyib. O, uşaqlıq arzusunun gerçəkləşdiyini bildirib:
"Uşaqlıqdan "Real"da oynamağı arzulayırdım. İndi isə gənc yaşımda komandanın kapitanlarından biriyəm. Bu, futbolda nadir hallarda baş verən hadisələrdəndir."
Ulduz futbolçu "Real"da və milli komandadakı gənc həmkarı Endrik barədə də danışıb. O, gənc hücumçunun dünya çempionatının heyətinə düşmək üçün böyük həyəcan keçirdiyini sözlərinə əlavə edib:
"Endrik dünya çempionatı üçün çağırış məsələsinə görə narahat idi. Mən də ona dedim ki, sakit ol, sən bizimlə olacaqsan".