Vinisius Messi və Ronaldunun rekordunu təkrarladı

29.06.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vinisius Messi və Ronaldunun rekordunu təkrarladı

Braziliya millisinin hücumçusu Vinisius Junior DÇ-2026-nın qrup mərhələsində keçirilən hər üç oyunun ən yaxşı futbolçusu seçilib.

QOLaz xəbər verir ki, nəticədə o, nadir bir nailiyyəti təkrarlayıb.

Bu barədə ispaniyalı jurnalist Aleksis Martin-Tamayonun məlumat yayıb.

Vinisius dünya çempionatları tarixində qrup mərhələsinin hər üç oyununda matçın ən yaxşı futbolçusu seçilən cəmi üçüncü oyunçu olub. Daha əvvəl buna yalnız Lionel Messi (2014) və Kriştiano Ronaldo (2010) nail olmuşdu.

Vinisius cari dünya çempionatında 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Braziliya millisi bu gün DÇ-2026-nın 1/16 final mərhələsində Yaponiya yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью