Vinisius penaltini qaçırdı, Valensiya qalib gəldi

05.04.2025

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

La Liqada 30-cu turun oyunları keçirilir. 

QOL.az xəbər verir ki, bu gün "Real" öz meydanında "Valensiya"nı qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Matçın 13-cü dəqiqəsində Madrid təmsilçilərinin xeyrinə penalti zərbəsi təyin olunsa da, Vinisius Juniyorun zərbəsini rəqibin qapıçısı Ciorci Mamardaşvili dəf edib. Görüşün 22-ci dəqiqəsində isə "Valensiya"nın futbolçusu Muktar Diakabinin avtoqolu ofsayd səbəbilə ləğv olunub. 

Beləliklə, "Valensiya" 17 ildən sonra ilk dəfə "Real"ı səfərdə məğlub edib. 

Qeyd edək ki, "Real" (30 oyun) turnir cədvəlində 63 xalla 2-ci, "Valensiya" (30 oyun) isə 34 xalla 15-cidir. Lider "Barselona"nın (29 oyun) 66 xalı var. 

5 aprel

"Real" – "Valensiya" - 1:2
Qollar:
Vinisius, 50 – Diakabi, 15; Duro, 90+5

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью