Vinisius Real ilə müqaviləsini uzatmaqdan imtina etdi

08.02.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Real"ın ulduzu braziliyalı cinah oyunçusu Vinisius Junior klubun müqaviləsini uzatmaq təklifini rədd edib.

Oxu.Az xəbər verir ki, bu barədə "The Athletic" məlumat verib.

Qeyd olunur ki, futbolçu ilə görüşün təşəbbüskarı və onun agenti "Real"ın rəhbərliyi olub və bu görüşdə yeni razılaşma təklif edilib. Razılaşmaya əsasən futbolçunun maaşı ildə 15 milyon avro olacaqdı.

Məlumata görə, Vinisius bu təklifi rədd edib. Ancaq danışıqlar davam edir.

Xatırladaq ki, vingerin "Real" ilə hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью