Vinisius Real la bağlı qərarını verib

26.11.2025

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vinisius Junior "Real"dakı gələcəyi ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, braziliyalı vinger Madrid klubu ilə müqaviləsinin müddətini uzatmayacaq.

Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Vinisius artıq qərarını klub prezidenti Florentino Peresə bəildirib. 25 yaşlı ön xətt oyunçusu baş məşqçi Xabi Alonso ilə problem yaşadığı üçün komandada qalmaq istəmir.

Qeyd edək ki, Vinisius Junior bu mövsüm "Real"ın heyətində meydana çıxdığı 23 rəsmi matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliya millisinin üzvünün "kral klubu" ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

"Əl-Nəsr"in futbolçusu "Beşiktaş" yolunda Domeniko Tedesko: "Ümid edirəm ki, heç kimə ürək tutması yaşatmarıq" "Fənərbaxça" "Ferencvaroş"la matça 5 itki ilə çıxacaq Levandovski "Fənərbaxça"nın təklifini rədd edib "Barselona"nın 53 oyunluq seriyası başa çatıb
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью