Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İspaniyanın “Real Madrid” klubunun braziliyalı vingeri Vinisius Junior son oyunlardakı çıxışı ilə diqqət çəkib.
Redaktor.az xəbər verir ki, 26 yaşlı futbolçu avqust ayından bəri qol vura bilmir və əvvəlki oyun səviyyəsini də nümayiş etdirmir.
Vinisius Çempionlar Liqasındakı son 3 matçında heç bir uğurlu driblinq edə bilməyib. Bu, onun “Real Madrid”də çıxış etdiyi dövrdə ən uğursuz seriyasıdır.
Qeyd edək ki, Vinisius 2018-ci ildə Braziliyanın “Flamenqo” klubundan “Real Madrid”ə transfer olunub. O, ötən yay Madrid təmsilçisi ilə 2032-ci ilin ortalarına qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb.
Braziliyalı vinger AEK-ə qarşı keçirilən görüşdə 82 dəqiqə meydanda olsa da, məhsuldar göstərici ilə yadda qalmayıb.