Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
İspaniyanın “Real Madrid” klubunun braziliyalı hücumçusu Vinisius Junior rəhbərliyə bildirib ki, müqaviləsinin uzadılması ilə bağlı məsələ aprel ayına qədər həllini tapmasa, komandadan ayrılmağa hazırdır.
İdman.Biz xəbər verir ki, “El Nacional” nəşrinin məlumatına görə, futbolçunun vəziyyətini Fransanın PSJ klubu yaxından izləyir. Paris təmsilçisinin prezidenti Nasser əl-Xelafi braziliyalı oyunçunu transfer siyahısında prioritet hədəflərdən biri kimi dəyərləndirir.
Mənbənin iddiasına əsasən, Vinisius yeni müqavilə çərçivəsində illik təxminən 30 milyon avro (təxminən 60 milyon AZN) məvacib tələb edir.
Vinisius 2018-ci ildə Braziliyanın “Flamenqo” klubundan “Real”a 45 milyon avro (90 milyon AZN) qarşılığında transfer olunub. Cari mövsümdə o, Madrid təmsilçisinin heyətində 31 oyuna çıxaraq yeddi qol vurub və 11 məhsuldar ötürmə verib.
Hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə olan hücumçunun Transfermarkt-a görə bazar dəyəri 150 milyon avro (300 milyon AZN) təşkil edir.