Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Braziliyalı futbolçu Vinisius Junior “Real”la yeni müqavilə danışıqları haqda açıqlama verib.
Futbolpress.az xəbər verir ki, hücumçu insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq bunları deyib:
“Bütün diqqətim Braziliya milisindədir. İndi bu haqda danışmaq istəmirəm. “Real”la dünya çempionatından sonra görüşəcəyik”.
25 yaşlı futbolçu başa çatan mövsümdə La Liqada 36 oyunda 16 qol vurub.