Vinisius Ronaldunun rekorduna doğru irəliləyir | Icma.az
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junior Çempionlar Liqasında klub tarixində yeni rekorda imza atmağa yaxınlaşıb.
Mövsümə istənilən səviyyədə başlamayan futbolçu son həftələrdə həm qolları, həm assistləri, həm də oyunu ilə diqqət mərkəzinə düşüb.
İdman.Biz xəbər verir ki, Vinisius Junior hazırda Çempionlar Liqasında “Real Madrid” forması ilə 28 assistə imza atıb.
Bununla da o, 27 assisti olan Kərim Benzemanı geridə qoyaraq klub tarixində bu göstəricidə ikinci pilləyə yüksəlib.
Braziliyalı futbolçunu zirvədən ayıran yeganə ad Kriştianu Ronaldudur.
Portuqaliyalı ulduzun hesabında 31 assist var və Vinisiusun bu rekorda çatması üçün cəmi üç məhsuldar ötürməsi qalıb.
Vinisius son dövrlərdə azarkeşlərin tənqidlərini və fit səslərini arxada qoyaraq diqqətini tam şəkildə meydandakı çıxışına yönəldib.
Tam oxu
Xəbəri oxu