Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Braziliyalı futbolçu Vinisius Junior açıqlama verib.
Futbolpress.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, vinger komandasının DÇ-2026-dakı şanslarından danışıb:
“Titulu qazanmaq üçün buradayıq. Başqa vacib nəsə yoxdur. Yeganə hədəf kubokdur. Qarşıda 8 oyun var və məncə, hər birində fərq yarada bilərəm. Məsələ qollar vurmaq deyil, qələbələrə töhfə verməkdir”.
Braziliya millisi qrupda Haiti, Mərakeş və Şotlandiya ilə mübarizə aparacaq.