Vinisius vaxtilə Messi və Ronaldunun qazandığı mükafata sahib çıxdı

01.01.2025

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2024-cü ilin ən yaxşı ibero-amerikalı futbolçusu mükafatını "Real Madrid"in və Braziliya millisinin vingeri Vinisius Junior alıb.

Fanat.Az xəbər verir ki, məlumatı İspaniyanın EFE xəbər agentliyi yayıb.

Beləliklə, Vinisius ardıcıl üçüncü dəfə bu mükafatı qazanıb.

Qeyd edək ki, EFE 1990-cı ildən Avropa və Latın Amerikasının ispan-portuqal dilli ölkələrində ən yaxşı futbolçuya mükafat təqdim edir. Bu illər ərzində mükafat Roberto Karlos, Dieqo Simeone, Ronaldo, Ronaldinyo, Lionel Messi, Kriştianu Ronaldu və başqalarına verilib.

Ümumilikdə, Vinisius bu mövsüm bütün turnirlərdə 20 oyun keçirib, 13 qol vurub və 9 məhsuldar ötürmə edib. 

Mirağa 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью