Vinisius yenə qalmaqalla gündəmdə: Rəqib qapıçıya hücum etdi, qırmızı aldı VİDEO

04.01.2025

Publika.az saytına istinadən Icma.az xəbər verir.

"Real"ın futbolçusu Vinisius La Liqada "Valensiya" ilə matçın qırmızı vərəqə alıb.

Publika.az xəbər verir ki, braziliyalı futbolçu 79-cu dəqiqədə "Valensiya"nın qapıçısı Stole Dimitrievskini itələdiyi üçün meydandan qovulub.

Hakim videotəkrarına baxdıqdan sonra qərar qəbul edib. Vinisius bu qərarı emosional şəkildə qarşılayıb. Onun üçün bu, La Liqa karyerasında ilk "qırmızı" olub.

Oyundan sonra Braziliya millisinun üzvü sosial şəbəkə hesabında üzr istəyib: “Bağışlayın və təşəkkür edirəm, komanda!!!” – deyə o, qısa şəkildə yazıb.

Heybət

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью