Vinisius yeni mövsümdə bu klubda oynayacaq Razılıq əldə edildi

24.04.2025

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

“Real Madrid” adı Səudiyyə Ərəbistanı klubları ilə də hallanan braziliyalı ulduz Vinisius Juniorla razılıq əldə edib.

Metbuat.az xəbər verir ki, “Real” Vinisius Juniorla 2030-cu ilə qədər yeni müqavilə imzalayacaq. Məlumata görə, tərəflər mövsümün sonunda müqavilə imzalayacaq.

Qeyd edək ki, bundan əvvəl Vinisius Junior “Real Madrid”də qalmaq istədiyini açıqlamışdı. Səudiyyə Ərəbistanı klublarının futbolçuya 5 illik müqavilə və 1 milyard avro təklif etdiyi barədə xəbərlər dərc edilmişdi. Bu mövsüm “Real”da 46 matçda iştirak edən Vinisius 20 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью