Vinisius yeni müqaviləsi haqda danışdı

12.02.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Real"ın futbolçusu Vinisius Juniyor yeni müqaviləsi haqda danışıb. 

QOL.az xəbər verir ki, bu barədə Braziliyanın "TNT Sports" nəşri məlumat yayıb. O deyib: 

"Biz yeni müqavilə ilə bağlı danışıqlar aparırıq. Mənim istəyim burada daha çox müddətdə qalmaq və "Real"da tarix yazmaqdır. Mən həmişə daha çox qalmaq istəyirəm. Ümid edirəm ki, yaxın günlərdə hər şey həll olunacaq". 

Qeyd edək ki, Vinisius Juniyor bu mövsüm "Real"ın heyətində 30 oyuna çıxaraq 16 qol vurub və 12 qolun ötürməsini edib. Onun Madrid klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью