Vinisiusa fantastik təklif Alonsonun qərarı bəlli oldu

19.05.2025

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Real Madrid"in braziliyalı ulduzu Vinisius Junior barədə yeni iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubları Vinisius üçün 250 milyon avrodan çox təklif irəli sürüb. “Fichajes”də dərc edilən xəbərə görə, ərəblərin əvvəlki təklifi illik 200 milyon avro olub. “Real”da bəzi azarkeşlər futbolçunun satılmalı olduğunu irəli sürüblər.

Qeyd edək ki, “Real”ın yeni məşqçisi olacağı irəli sürülən Xabi Alonsonun Vinisius Juniorun klubda qalmasını istədiyi irəli sürülmüşdü. Alonsonun komandanı 4-2-2 və 5-3-2 sxemi oynatmaq istədiyi barədə xəbərlər dərc edilmişdi. Bildirilir ki, Alonso hücum mövqeyində Vinisius və Mbappeyə üstünlük vermək istəyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью