futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Real”ın hücumçusu Vinisius Junior klubla yeni uzunmüddətli sözləşmə imzalamaq ərəfəsindədir.
Futbolpress.az xəbər verir ki, insayder Xose Alvaresin yaydığı məlumata görə, braziliyalı vinger “Kral klubu” ilə müqaviləsinin müddətini daha 6 mövsüm uzadacaq.
Məlumata əsasən, Madrid təmsilçisinin rəhbərliyi ilə futbolçunun nümayəndələri arasında danışıqlar kifayət qədər uzun çəkib. Danışıqlar prosesi “Arsenal”ın və Səudiyyə Ərəbistanı klublarının braziliyalı ulduzla maraqlanması xəbərləri fonunda cərəyan edib. Sonda tərəflər maliyyə şərtlərində ortaq məxrəcə gələ biliblər və İspaniya nəhəngi Vinisiusu komandada qalmağa razı salıb.
26 yaşlı Vinisius 2018-ci ildən “Real”ın şərəfini qoruyur. Onun mövcud müqaviləsinin müddəti 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub.