futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Real” İspaniya Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Real Sosyedad” ilə heç-heçə edib – 4:4.
Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisinin cinah oyunçusu Vinisius Junior görüşdə 2 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliyalı futbolçu “kral klubu” ilə kubokda ümumilikdə 12 məhsuldar ötürmə edib. Bu, “Real”ın oyunçuları arasında rekord saydır.
Lakin kubokda üçüncü böyük göstəricidir. Daha əvvəl “Barselona”nın sabiq oyunçuları Jordi Alba (15), Lionel Messi isə 27 məhsuldar ötürmə edib.