Vinisiusu təhqir edənlər cəzalandırıldı

27.03.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Zorakılıqla Mübarizə Komissiyası La Liqanın "Osasuna" - "Real" matçında qonaqların futbolçusu Vinisius Juniorun təhqir olunması ilə bağlı qərar qəbul edib.

QOL.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Adı açıqlanmayan bir azarkeş sözügedən matçda (1:1) stadionda pankart açıb. Pankartda futbolçunun ünvanına təhqiramiz ifadələr yazılıb.

Komissiya isə həmin şəxsi 2 min avro cərimələyib və 4 aylıq stadionlara giriş qadağası qoyub. 

Eyni şəkildə, Zorakılıqla Mübarizə Komissiyası "Real" - "Real" matçında (0:1) Vinisiusa irqçi jestlər edən, xoşagəlməz sözlər qışqıran 2 nəfər üçün 4000 avro cərimə və idman obyektlərinə 12 aylıq giriş qadağası təyin edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью