Vinisiusun cəzası ilə bağlı qərarın veriləcəyi tarix açıqlandı

14.10.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Real Madrid”in futbolçusu Vinisius Juniorun İspaniya La Liqasının səkkizinci turunda “Vilyarreal”la keçirilən görüşdə (1:0) aldığı qırmızı vərəqə ilə bağlı yekun qərarın veriləcəyi tarix məlum olub.

İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, İspaniya Futbol Federasiyasının İntizam Komitəsi braziliyalı futbolçunun diskvalifikasiyası ilə bağlı qərarını oktyabrın 15-də açıqlayacaq.

Madrid klubu Vinisiusun qırmızı vərəqəsindən bu gün yerli vaxtla saat 14:00-a qədər apellyasiya şikayəti verə bilər. Eyni müddət müdafiəçi İbrahima Konatenin sarı vərəqəsinə etiraz üçün də keçərlidir.

Adətən bu cür intizam qərarları çərşənbə günləri elan olunur. Lakin oktyabrın 12-si İspaniyada milli bayramla əlaqədar qeyri-iş günü olduğundan qərarın açıqlanması cümə axşamına keçirilib.

Qeyd edək ki, Vinisius “Vilyarreal”ın yarımmüdafiəçisi Natan-Dilan Salibanın saçından dartdığı üçün ən azı iki oyunluq diskvalifikasiya ilə üzləşə bilər.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью