Vinisiusun gözlənilən aqibəti

14.01.2025

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vinisius Junior gözlənilən aqibətlə üzləşib.

"Football-plus.az" xəbər verir ki, “Real”ın “Valensiya” ilə çempionat oyununda (2:1) qırmızı vərəqə alan futbolçusunun cəzası müəyyənləşib.
24 yaşlı hücumçu La Liqanın 12-ci turundan təxirə salınan və yanvarın 3-də keçirilən matçda rəqib qapıçı Stole Dmitrievskini itələyərək yerə yıxmış və qırmızı vərəqə ilə meydandan qovulmuşdu. İspaniya Kral Futbol Federasiyası Vinisiusu buna görə 2 oyunluq cəzalandırıb.
Bundan əlavə, braziliyalı futbolçu 600 avro, “Real” isə 700 avro cərimələnib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью