Vinisiusun sevgilisindən cəsarətli FOTOSESSİYA FOTO

04.02.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Real”ın vingeri Vinisius Juniorun sevgilisi Virciniya Fonseka Braziliyanın media korporasiyasına məxsus əyləncə portalı üçün fotosessiyada iştirak edib.

İdman.Biz xəbər verir ki, 54,4 milyon izləyicisi olan influenser çəkiliş zamanı 1998-ci ildə model Luma de Oliveyranın təqdim etdiyi karnaval obrazını canlandırıb. Fonseka bodi geyimdə kameralar qarşısına çıxıb, boyun aksesuarı üzərində isə Vinisiusun adı əks olunub.

Fotosessiyadan olan kadrlar Virciniya Fonsekanın “Instagram” hesabında paylaşılıb. Braziliyalı futbolçu isə paylaşımın şərh bölümündə sevgilisinə “Sən hamıdan daha möhtəşəmsən” sözləri ilə dəstəyini ifadə edib.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью