Vinisiusun taleyi necə olacaq?

29.01.2026

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Real”da Vinisius Junior ətrafında yaranmış vəziyyət getdikcə gərginləşir.

"Football-plus.az" xəbər verir ki, braziliyalı futbolçunun klubla münasibətlərindəki böhranın hazırda son həddə çatdığı bildirilir. Tanınmış insayder Ekrem Konurun məlumatına görə, klub rəhbərliyi Vinisiusun maaşının Kriştiano Ronaldo səviyyəsinə qaldırılmasıyla bağlı tələbini rədd edib. Bu qərardan sonra klub daxilində braziliyalı futbolçuya münasibətin soyuduğu deyilir.
Məlumata əsasən, “kral klubu”nun rəhbərliyi Vinisiusun son davranışlarından narazıdı. Azarkeşlər isə hücumçunu baş məşqçi Xabi Alonsonun komandadan ayrılmasında dolayı məsul şəxs kimi görür və demək olar ki, hər oyunda onu fitə basırlar. İndiki vəziyyət Vinisiusun müqavilə müddətini uzatmaqdan daha çox klubdan ayrılmağa yaxın olduğunu göstərir. Bu mənzərə isə Avropanın aparıcı klublarının diqqətini çəkib.
“Bavariya”, “Liverpul”, “Mançester Siti” və “Çelsi” Vinisiusla bağlı prosesləri yaxından izləyir, vəziyyətin inkişafına uyğun olaraq hərəkətə keçə bilərlər.
Bu arada Vinisius özü də Xabi Alonsonun gedişi ilə bağlı danışıb:

“Mən heç nə edə bilmərəm, qətiyyən heç nə edə bilmərəm. Yalnız əlimdən gələni edə bilərəm. Texniki cəhətdən həmişə ən yaxşı vəziyyətdə olmayacağam, amma həmişə komanda üçün əlimdən gələni etmişəm. Başqaları qol vurmayan vaxt mən ötürmə verməyə çalışıram, müdafiə olunmalı olduğum zaman müdafiə olunmağa çalışıram. Əlbəttə, mən komandanın ən yaxşı müdafiəçisi deyiləm. Bunun üçün başqa oyunçular da var. Mətbuat istədiyini deyir və azarkeşlər məni tənqid etməli olduqlarını başa düşürlər. Amma inanıram ki, inkişaf etməyin ən yaxşı yolu evə qayıtmaq və dünyanın ən yaxşı azarkeşləri tərəfindən “Santyaqo Bernabeu”da qarşılanmaqdı. Həmişə demişəm ki, mən ən yaxşı vəziyyətdə olmalıyam. Son il mənim üçün çətin oldu, çünki istədiyim kimi oynaya bilmədim, amma irəliləməyə davam etmək həmişə vacibdi. Burda uzun müddət qalmaq istəyirəm”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью