Vinisiusun yerinə yeni ulduz gələcək Barselona ilə transfer savaşı

01.04.2025

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

“Real” Vinisius Juniorun əvəzləyicisini müəyyən edib.

Metbuat.az xəbər verir ki, Vinisius “Real”dan ayrılarsa klub "Atletik Bilbao”nun futbolçusu Niko Uilyamsı transfer edə bilər. "Todofichajes"də dərc edilən xəbərə görə, “Real” Vinisiusun klubdan ayrılmasını istəməsə də, tərəflər arasında yeni müqavilə hələlik imzalanmayıb. Razılıq əldə olunmasa və ya “Real” futbolçunu göndərmək istəsə, Səudiyyə Ərəbistanından gələn 300 milyon avroluq təklifləri qəbul edə bilər.

Qeyd edək ki, Niko Uilyamsın sərbəst qalma məbləği 58 milyon avrodur. Futbolçu ilə “Barselona” klubunun da maraqlandığı barədə xəbərlər dərc edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью