Vinisus Mourinyonu görməzdən gəldi Şəkil

06.09.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Vinisus Mourinyonu görməzdən gəldi - Şəkil

“Real”ın futbolçusu Viniçius Junior La Liqanın 4-cü turunda “Betis”lə oyundan sonra baş məşqçi Joze Mourinyonu görməzdən gəlib.

QOL.az xəbər verir ki, sözügedən görüşdə Madrid klubu “Betis”ə 0:1 hesabı ilə uduzub.

Oyundan sonra Mourinyo Vinisiusun yanına yaxınlaşıb və onunla danışmaq istəyib. Portuqaliyalı mütəxəssis braziliyalı hücumçunun əlindən tutsa da, Vinisius ona məhəl qoymayaraq yoluna davam edib. Ardınca futbolçu komanda yoldaşlarından biri ilə əl sıxıb.

Hadisə ilə bağlı tərəflərdən hələlik heç bir açıqlama verilməyib.

Qeyd edək ki, 4 turdan sonra “Betis” 9 xalla 3-cü, “Real” isə eyni xalla 2-ci pillədə qərarlaşıb.

Vinisius mövsümün ilk 4 oyununda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью