Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 19 noyabr, AZƏRTAC
“Sotheby's” hərrac evi bildirib ki, Vinsent van Qoqun şah əsəri Almaniyada nasistlərin dövründə tablonu satan əvvəlki yəhudi sahibinin varisləri arasında mübahisədən sonra noyabrın 18-də rekord qiymətə - 190,4 milyon dollara satılıb.
AZƏRTAC “The Guardian” nəşrinə istinadla xəbər verir ki, 1890-cı ildə Fransada çəkilmiş “Chateigniers en fleurs” (“Çiçəklənən şabalıd ağacları”) əsəri niderlandlı postimpressionist rəssamın ən bahalı tablosu olub və bu mövsümdə keçirilən hərraclarda rekord qiymətə alıcı tapıb.
Rəssamın əsərinin bu günədək olan hərrac rekordu 1888-ci ildə çəkilmiş “Sərv ağacları ilə bağ” tablosu hesab olunurdu; onu 2022-ci ildə Nyu-Yorkda “Christie's” auksionunda 117,2 milyon dollara satıblar.