Vinus “Australian Open”ə də qatılacaq

10.01.2026

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Dünyanın sabiq bir nömrəli qadın raketkası Vinus Uilyams builki “Australian Open”ə wild-card (güzəştli kart) alıb.

"Football-plus.az" xəbər verir ki, 45 yaşlı amerikalı Avstraliya Açıq Çempionatının tarixindəki ən yaşlı iştirakçı olacaq. Hazırda rekord yaponiyalı Kimiko Dateyə məxsusdu. O, 2015-ci ildə “Australian Open”in əsas torunda 44 yaş 3 aylığında oynayıb.
Venus sonuncu dəfə avqustda korta çıxıb və “US Open”in ilk mərhələsində çexiyalı Karolina Muxovaya uduzub. Onun 5 dəfə “Uimbldon”u, 2 dəfə “US Open”i qazandığını da xatırladaq. “Australian Open”də isə 2 dəfə finala çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью