Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Böyük dəbilqə” turnirlərinin 7 qat qalibi, dünyanın keçmiş 1-ci raketkası, 45 yaşlı amerikalı tennisçi Vinus Uilyams tennisə sevgisindən danışıb.
O, bu idman növünü həyatının ən vacib hissəsi kimi dəyərləndirib. Uilyams həmişə tennis oynayacağına əminliyini ifadə edib:
"Tennis mənim DNT-mdədi. Ona görə də indi və ya 30 il sonra - fərqi yoxdu, tanrının köməyi ilə burda olacağam. Bəlkə də izləmək üçün qayıdacağam. Bəlkə deyəcəyəm ki, daha yaxşı oynayırdım. Amma hər halda, tennis həmişə həyatımın ən vacib hissəsi olacaq".