Viral olan “qızıl külçələr” videosu Əslində nə idi? VİDEO

13.02.2026

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səudiyyə Ərəbistanında toyda çəkilmiş video qısa zamanda viral olub.

Ölkə.Az xəbər verir ki, toyda iştirak edən qonaqlara hədiyyə olaraq qızıl şokolada bənzəyən sovqat verildiyi görünür. Lakin, bu əşyanın qızıl külçə, yoxsa qızıla bükülmüş şokolad olması internetdə böyük müzakirə mövzusudur.

Qonaqların hədiyyəni əllərinə alan kimi həyəcanlandıqları və bəzi istifadəçilər bunun Səudiyyə Ərəbistanının sərvətinin nümayişi olduğunu deyirlər. Video instaqram və “X” kimi platformalarda milyonlarla baxış toplayıb.

Bəzi istifadəçilər iddia ediblər ki, bunlar əsl qızıl külçə deyil, bahalı şokoladlar və ya qızıl örtüklü kağıza bükülmüş şirniyyatlardır. Bəziləri həmçinin qeyd ediblər ki, Səudiyyə Ərəbistanındakı bir çox elit toylarda qızıl rəngli qablaşdırmalı şokoladlar vermək adətdir.

Səudiyyə Ərəbistanında toylar çox bahalı və dəbdəbəli şəkildə qeyd olunur. Qonaqlara bahalı hədiyyələr vermək, ətirli ətirlər (ud) və ekzotik şirniyyatlar paylamaq ənənəsidir. Daha əvvəl Dubay və Səudiyyə Ərəbistanında toylarda iPhone və qızıl sikkələrin paylandığı videolar yayılmışdı. Bu yeni videonun da eyni lüks mədəniyyətinin bir hissəsi olduğu düşünülür.

Məlum olub ki, toyda qonaqlara paylanan kiçik hədiyyə əslində, Səudiyyə Ərəbistanına məxsus lüks şokolad brendinin satdığı Belçika şokoladıdır. 

Bu xüsusi hədiyyə qutusunun qiyməti 950 Səudiyyə Ərəbistanı rialı, yəni 430 manatdır.

Billurə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью