Axar.az saytına istinadən Icma.az xəbər verir. Virciniya Azərbaycan Evi “CAN” Könüllülük və İnkişaf Proqramına qəbul elan edir Virciniyada f
“Birlikdə Daha Güclüyük” şüarı altında baş tutacaq layihə icma ilə əlaqələri gücləndirmək, mədəniyyət mübadiləsini təşviq etmək, könüllüləri
Proqramın hədəfi müxtəlif sahələrdən olan insanların bir missiya altında birləşdirilməsi, icma ilə əlaqələrin inkişafı, zəngin mədəni irsimi
“CAN” Könüllülər Korpusu proqrama qoşulacaq hər bir könüllüyə uğur qazanmaq üçün lazım olan mentorluq və təlim imkanları təklif edir.
Birlik, güc və firavanlığı təmsil edən nar isə layihənin simvolu seçilib.
Müxtəlif peşəkar və akademik təcrübəyə malik insanları proqrama qoşulmağa dəvət edən Azərbaycan Evinin koordinatoru Nigar İbrahimova, xüsusilə aşağıda qeyd olunan sahələr üzrə dəstək göstərmək istəyən könüllülərin axtarıldığını vurğulayıb: Qrant yazılması: Mədəni, təhsil və sosial layihələr üçün maliyyə vəsaitinin əldə olunmasına kömək etmək.
Layihələrin planlaşdırılması və idarə edilməsi: İnnovativ ideyaları sistemli və strateji icra vasitəsilə həyata keçirmək.
Tədbirlərin təşkili: Mədəni tədbirlər, təhsil seminarları və şəbəkələşmə görüşlərinin təşkilinə dəstək olmaq.