Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
“Bayern Münhen”də Florian Virtsin transferi ilə bağlı iddialar yayılıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Bavarian Football Works" yayıb.
Məlumata görə, Münhen təmsilçisi hazırda almaniyalı futbolçunun transferi ilə bağlı aktiv danışıqlar aparmır. Klubun mövcud heyətinə güvəndiyi və Virtsin transferinin yaxın gələcəkdə gündəmdə olmadığı bildirilir.
Virts 2025-ci ilin yayında “Bayer Leverkuzen”dən “Liverpul”a keçib. Alman futbolçunun İngiltərə klubunda çıxışı “Bavariya”nın da diqqətində olsa da, hazırda onun transferi ilə bağlı konkret addım atılmadığı qeyd olunur.
Əlisahib İbrahimli