Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
İngiltərənin “Liverpul” futbol komandasının keçmiş oyunçusu Vladimir Şmitser Florian Virtsin klubdakı çıxışları ilə bağlı səslənən tənqidlərə münasibət bildirib.
İdman.Biz “Sport1”ə istinadən xəbər verir ki, 1999-2005-ci illərdə “Liverpul”da çıxış etmiş Şmitser alman futbolçunun üzərində transfer məbləğinin yaratdığı əlavə təzyiqin olduğunu düşünür. Onun fikrincə, baş məşqçi dəyişikliyindən sonra Andoni İraolanın intensiv pressinqə əsaslanan sisteminə uyğunlaşmaq da Virts üçün əlavə çətinlik yaradıb.
Şmitser 23 yaşlı yarımmüdafiəçinin potensialına inandığını və klubun onu satmamalı olduğunu bildirib. O, Virtsin bəzi ötürmələrinin qolla nəticələnməməsini bəxtsizlik kimi qiymətləndirib və həmin epizodlar assistlə yekunlaşsaydı, futbolçu haqqında “məyusluq” kimi danışılmayacağını vurğulayıb.
Çexiyalı keçmiş futbolçu Virtsin vəziyyətini Pol Poqbanın “Mançester Yunayted”dəki dövrü ilə müqayisə edib. Şmitserin fikrincə, azarkeşlər və ekspertlər bəzən futbolçunun özündən çox onun üçün ödənilən yüksək məbləğə fokuslanırlar.
Şmitser həmçinin Virtsin nə “Bavariya”ya, nə də başqa kluba satılmasının tərəfdarı olmadığını deyib və onun daha bir neçə il “Liverpul”da qalmasını istədiyini bildirib.
Qeyd edək ki, Virts 2025-ci ilin yayında “Bayer”dən “Liverpul”a keçib. Cari mövsümün ilk beş oyununda onun hesabında bir məhsuldar ötürmə var.