Virtsin qərarı apreldə bilinəcək

19.03.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Leverkuzen “Bayer”inin hücumameyilli yarımmüdafiəçisi Florian Virts, klubun müqaviləsinin uzadılması təklifinə aprelin əvvəlində cavab verəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə BILD məlumat yayıb. “Bayer” 21 yaşlı futbolçuya 2028-ci ilə qədər müqavilənin uzadılmasını təklif edir. Müqavilənin 2026-cı ildən qüvvəyə minəcək 125 milyon avro dəyərində satınalma bəndinin olduğu bildirilir. Qarşıdakı transfer pəncərəsində leverkuzenlilər yayda oyunçu üçün potensial alıcılardan 150 milyon avro tələb edəcək.

Virts bu mövsüm bütün turnirlər daxil 39 matçda iştirak edib, 15 qol vurub və 13 qol ötürməsi edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью